SİYASƏT


Fransa telekanalı: Qarabağın azərbaycanlı qaçqınları doğma yurdlarına qayıtmağı arzulayırlar

Fransanın “TV 5” televiziya kanalında 1990-cı illərdə Ermənistanın işğalçılıq siyasəti nəticəsində doğma yurdları Qarabağdan didərgin düşmüş azərbaycanlılara həsr edilmiş veriliş yayımlanıb.AZƏRTAC xəbər verir ki, “Azərbaycan: Qaçqınlar Qarabağa qayıtmağı arzulayırlar” adlı verilişdə 30 il əvvəl Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə görə 1 milyona yaxın azərbaycanlının doğma yurdundan didərgin düşdüyü bildirilib. Diqqətə çatdırılıb ki, 2020-ci il müharibəsində Azərbaycan Ordusu Qələbə qazanıb və 1990-cı illərin əvvəllərində Ermənistan tərəfindən işğal olunmuş əraziləri azad edib.