Avropa Xəbər Agentlikləri Alyansının Baş Assambleyası ilk dəfə onlayn formatda keçiriləcək
16.04.2021 [19:30]
Xəbərin mətni
Avropa Xəbər Agentlikləri Alyansının (EANA) Baş Assambleyası ilk dəfə onlayn formatda keçiriləcək.AZƏRTAC xəbər verir ki, bununla bağlı qərar EANA-ya üzv xəbər agentliklərinin növbədənkənar toplantısında qəbul edilib. Videoəlaqə ilə baş tutan iclasda təşkilata üzv olan 30 agentliyin rəhbərləri, o cümlədən AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov iştirak edib.