SİYASƏT


Cəmşid Naxçıvanski adına Hərbi Liseydə şəhid zabitin xatirəsi anılıb

Cəmşid Naxçıvanski adına Hərbi Liseydə Vətən müharibəsində şəhid olan polkovnik-leytenant Qərib Baxşəliyevin anım mərasimi keçirilib.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə liseyin zabit, kursant və müəllim heyəti, şəhidin ailə üzvləri və döyüş yoldaşları iştirak edib.