SİYASƏT


DSX-nin hərbi hissələrində müddətli həqiqi hərbi xidmət müddəti başa çatmış hərbi qulluqçularının tərxis edilməsi ilə bağlı tədbirlər keçirilib

Aprelin 28-29-da Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi hissələrində müddətli həqiqi hərbi xidmət müddəti başa çatmış hərbi qulluqçularının tərxis edilməsi ilə əlaqədar tədbirlər keçirilib.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, mərasimlərdə Xidmətin rəisi general-polkovnik Elçin Quliyevin təbrik teleqramı şəxsi heyətə çatdırılıb. Dövlət Sərhəd Xidmətinin sıralarında hərbi xidmətlərini layiqincə başa vuraraq Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin ehtiyatına buraxılan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının xidmət müddətində öz vəzifələrini şərəflə yerinə yetirdikləri qeyd olunub.