DÜNYA


Çində qasırğa 11 nəfərin ölümünə, 9 nəfərin itkin düşməsinə səbəb olub

Çinin Ciansu vilayətində qasırğa 11 nəfərin ölümünə, 100-dən çox sakinin yaralanmasına səbəb olub.
AZƏRTAC vilayətin Fövqəladə Hallar Departamentinə istinadla xəbər verir ki, aprelin 30-da axşam saatlarında Nanton, Huayan, Yançen, Taycou və Suçien şəhərlərinə qasırğanın gətirdiyi güclü külək və diametri 3 santimetrə çatan dolu yağıntısı infrastruktura, binalara xeyli ziyan vurub, 3 mindən çox sakin ərazidən təxliyə edilib. Bundan başqa, göyərtəsində 11 nəfər olan balıqçı qayığı batıb. Onlardan 2 nəfəri xilas edilib, digərlərinin axtarışları davam edir.