Azərbaycan Dövlət İnformasiya Agentliyi

Son şəklini məzar daşı üçün çəkdirən xaçmazlı döyüşçü

04.05.2021 [18:26]

Xəbərin mətni

Şəhid Zaur Dadaşov Vətən müharibəsi başlamazdan bir ay əvvəl müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi çalışmağa başlamışdı. Hərb sənətinin vurğunu olan Zaur Qarabağ uğrunda savaşın ilk günündən döyüşlərə qatılıb. İyirmi üç yaşlı qəhrəman cəbhənin cənub istiqamətində düşmən üzərinə yeriyən həmlə qruplarında yer alıb.