Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim
10.10.2026 [21:24]
Xəbərin mətni
Cüdo aləmində demək olar ki, hamımız bir-birimizi tanıyırıq. Eyni məkanlarda məşq edirik, hazırlıq proseslərimiz birgə keçir, buna görə də hamı bir-birini yaxşı tanıyır. Bu sözləri Bakıda keçirilən cüdo üzrə dünya çempionatında gümüş medal qazanan Azərbaycan təmsilçisi Uşanqi Kokauri (+100 kiloqram) jurnalistlərə açıqlamasında deyib.