CƏMİYYƏT


Polis əməliyyat zamanı 128 kiloqram heroin aşkarladı

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin ölkə ərazisində yayılmasının qarşının alınması istiqamətində mübarizə tədbirləri uğurla davam etdirilir.
Nazirliyin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən əldə edilən əməliyyat məlumatı əsasında Beyləqan rayonunda həyata keçirilən tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olduqlarına görə dəfələrlə məhkum edilmiş rayonun Şahsevən kənd sakinləri Veysəl Həsənov və Əbülfəz Rüstəmov saxlanılıblar. Onların üzərlərində olan bağlamalara baxış keçirilən zaman ümumi çəkisi 91 kiloqram olan narkotik vasitə, o cümlədən 61 kiloqram heroin, 1 kiloqram tiryək, 16 kiloqram qurudulmuş marixuana və 13 kiloqram psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb.