Ucarda sərnişin avtobusu yanıb
12.10.2026 [21:18]
Hadisə Bakı-Qazax magistralının rayonun Qarabörk kəndindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan “Mercedes-Benz” markalı sərnişin avtobusu qəfil alışaraq yanıb.Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Ucar Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb olunub. Məlumata görə avtobusda 40 sərnişin olub. Bunlar arasında ölən və xəsarət alan olmayıb. Faktla bağla araşdırılma aparılır.