FHN: Gəncənin əksər ərazilərində zirzəmilərə dolmuş yağış sularının çəkilməsi işi başa çatdırılıb
05.05.2021 [17:54]
Xəbərin mətni
Mayın 5-də səhər saatlarından başlayaraq ölkə ərazisində hava şəraiti kəskin dəyişib, güclü külək respublikanın ayrı-ayrı bölgələrində intensiv yağıntılarla müşayiət olunub.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səhər saatlarından yağan intensiv yağışlar nəticəsində Gəncədə bəzi fərdi evlərin zirzəmilərinə, həyətyanı sahələrə, küçə və prospektlərə yağış sularının dolması ilə əlaqədar nazirliyin 112 - qaynar telefon xəttinə müraciətlər daxil olub.