DÜNYA


Hindistanda COVID-19-a gündəlik yoluxma və ölüm sayında yeni antirekord qeydə alınıb

Hindistanda ötən sutka ərzində COVID-19 infeksiyasına 412 min 262 yoluxma aşkarlanıb. Bununla da Hindistan dünya üzrə COVID-19 virusuna gündəlik yoluxma antirekordunu bir daha yeniləyib. Artıq 2-ci dəfədir ki, Hindistanda sutkalıq yoluxma sayı 400 mindən çox olub.
AZƏRTAC Hindistanın Federal Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, ötən sutka ölkədə COVID-19 infeksiyası səbəbindən 3 min 980 ölüm qeydə alınıb. Bu rəqəm pandemiya dövründə Hindistanda gündəlik ən çox ölüm halı olmaqla yanaşı, ötən sutka dünya üzrə də ən böyük ölüm göstəricisi olub.