CƏMİYYƏT


Şəmkirdə yol polisi təhlükəsizlik tədbirlərini davam etdirir

Şəmkirdə yol polisi təhlükəsizlik tədbirlərini davam etdirir.Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, Şəmkir Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə mütəmadi nəzarət-profilaktiki tədbirlər keçirilir.