Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Starship” kosmik gəmisinin prototipinin ilk uğurlu enişinin videosu yayılıb

06.05.2021 [13:15]

Xəbərin mətni

“SpaceX” kompaniyası “Starship” kosmik gəmisinin prototipinin ilk uğurlu enişinin videosunu dərc edib.AZƏRTAC kompaniyanın saytına istinadla xəbər verir ki, “Starship SN15” prototipi “SpaceX”in Texas ştatının cənub-şərqində yerləşən poliqonundakı start meydançasında yerə enib. Məlumata əsasən, seriya nömrəsi SN15 olan gəmi prototipi enişdən öncə 10 kilometr yüksəyə qalxıb.