CƏMİYYƏT


FHN Dövlət Yanğın Nəzarəti Xidməti nəzarət tədbirlərini davam etdirir

Ötən il ərzində açıq sahələrdə, meşə və meşəətrafı ərazilərdə, eləcə də biçilmiş və biçilməmiş əkin sahələrində baş vermiş yanğın hadisələri və onların səbəbləri Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətində təhlil edilib, yaz-yay mövsümündə, o cümlədən dənli və texniki bitkilərin yığılması, daşınması və saxlanması dövründə yanğınların daha çox baş verdiyi ərazilər müəyyən edilib.
Bunun nəticəsi olaraq, Xidmət tərəfindən yanğın hadisələrinin qarşısının alınması məqsədilə yanğınların baş vermə ehtimalı yüksək olan yerlərdə yerli icra hakimiyyəti orqanları və bələdiyyələr, həmçinin aidiyyəti təşkilatlarla birlikdə yanğın təhlükəsizliyi qaydalarının tələblərinə uyğun olaraq, əkin sahələri və meşə ərazilərinin ətrafının, avtomobil və dəmir yolları, yüksək gərginlikli hava elektrik xətləri və digər kommunikasiyalar keçən və bunlara yaxın olan sahələrin şumlanması üsulu ilə yanğına qarşı mühafizə zolaqlarının yaradılması işlərinə başlanılıb.