CƏMİYYƏT


Füzuli rayonunda minaların təmizləndiyi ərazilərə media-tur təşkil edilib

Erməni işğalından azad olunan ərazilərimiz minalardan təmizlənir. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) təşkilatçılığı ilə mayın 8-də bir qrup media nümayəndəsinin Füzuli rayonuna səfəri təşkil olunub.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səfərin məqsədi erməni işğalından azad edilmiş yaşayış məntəqələrimizin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi prosesi ilə tanış olmaqdır.