CƏMİYYƏT


Xalq şairi Musa Yaqub dəfn olunub

Azərbaycanın Xalq şairi Musa Yaqub yaşadığı İsmayıllı rayonunun Buynuz kənd qəbiristanlığında dəfn olunub.
AZƏRTAC xəbər verir ki, vida mərasimi mərhumun İsmayıllı rayonunun Buynuz kəndindəki evində təşkil edilib.
Xalq şairi vəsiyyətinə uyğun olaraq Buynuz kənd qəbiristanlığında, həyat yoldaşının yanında torpağa tapşırılıb.