SİYASƏT


İkinci Dünya müharibəsi, eləcə də Vətən müharibəsi zamanı həlak olan azərbaycanlıların xatirəsi Fransada anılıb

Azərbaycanın Fransadakı səfirliyi tərəfindən 29 ildən sonra ilk dəfə olaraq mayın 8-də İkinci Dünya müharibəsi zamanı, eləcə də torpaqlarımızın azad edilməsi, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda 44 günlük Vətən müharibəsində canlarını qurban vermiş şəhidlərimizin xatirəsi anılıb.Bu gün dünya alman faşizmi üzərində qələbəsini qeyd edirsə, Azərbaycan iki faşizm üzərində Zəfərini qeyd edir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun erməni faşizmi üzərində Qələbəsi, doğma Şuşamızın azad edilməsi sayəsində bu il 8 may tarixi dünyanın hər yerində fərqli ab-havada qeyd olunur.