RƏSMİ


Faşizm üzərində Qələbənin qazanılmasında misilsiz xidmətləri olan Azərbaycan övladlarının xatirəsi ehtiramla anılıb

Mayın 9-da faşizm üzərində tarixi Qələbədən 76 il ötür.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun məzarını ziyarət edərək abidəsi önünə gül dəstələri qoyub, müharibədə həlak olan bütün Azərbaycan övladlarının xatirəsini ehtiramla anıblar.