SİYASƏT


Qələbənin 76-cı ildönümü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib

İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 76-cı ildönümü münasibətilə Müdafiə Nazirliyinin tabeliyində olan birlik, birləşmə, hərbi hissə, xüsusi təyinatlı hərbi təhsil müəssisələri, mərkəzi və qarnizon zabitlər evlərində silsilə tədbirlər keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müdafiə nazirinin təsdiq etdiyi plana əsasən şəxsi heyət tərəfindən İkinci Dünya müharibəsi illərində həlak olan həmvətənlərimizin xatirəsinə ucaldılan abidələr ziyarət edilib, müharibə veteranları ilə görüşlər keçirilib, onların qəhrəmanlıqları haqqında filmlər təqdim edilib və digər mədəni-kütləvi tədbirlər təşkil olunub.