Çinin “Tianwen-1” zondu Marsın səthinə uğurlu eniş edib
15.05.2021 [16:14]
Xəbərin mətni
Çinin kosmos tarixində ilk dəfə olaraq “Tianwen-1” Mars missiyasının özüyeriyən tədqiqat qurğusu endirici modul ilə birlikdə qırmızı planetin səthinə uğurlu eniş edib.
AZƏRTAC Çinin Dövlət Kosmos Administrasiyasına istinadla xəbər verir ki, Pekin vaxtı ilə mayın 15-də səhər saatlarında baş tutan eniş qırmızı planetin Utopiya düzənliyində baş verib.