Azərbaycan Dövlət İnformasiya Agentliyi

Çinin İnkou şəhərində COVID-19 səbəbindən tədris müəssisələri bağlanıb

16.05.2021 [16:48]

Xəbərin mətni

Çinin İnkou şəhərinin Bayuçüən rayonunda son günlər COVID-19 infeksiyasına yoluxmalar səbəbindən tədris müəssisələri bağlanıb.AZƏRTAC şəhərin aid olduğu Liaonin vilayətinin hökumətinə istinadla xəbər verir ki, uşaq bağçalarının, məktəblərin və digər təhsil ocaqlarının fəaliyyəti növbəti elan verilənədək dayandırılıb.