SİYASƏT


Milli Məclis sədrinin başçılıq etdiyi parlament nümayəndə heyəti Romada Nizami Gəncəvinin abidəsini ziyarət edib

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycanın parlament nümayəndə heyəti İtaliyada rəsmi səfərdədir.
AZƏRTAC xəbər verir ki, mayın 18-də nümayəndə heyəti Romadakı məşhur “Villa Borghese” parkında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.