Romada Azərbaycan və İtaliya parlamentləri arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunub
19.05.2021 [10:54]
Xəbərin mətni
Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti İtaliya tərəfinin dəvəti ilə mayın 17-dən Romada səfərdədir.
AZƏRTAC xəbər verir ki, Milli Məclisin Sədri səfər çərçivəsində mayın 18-də Qustiniani sarayında İtaliya Senatının Sədri Maria Elisabetta Alberti Kasellati ilə görüşüb.