Çində daha bir peyvəndin COVID-19 vaksinasiyasında tətbiqinə başlanılıb
20.05.2021 [19:20]
Xəbərin mətni
Çində əhalinin COVID-19 virusuna qarşı vaksinasiyasında istifadə olunan peyvəndlərin siyahısına "CanSino Biologics" şirkətinin istehsalı olan vaksin də əlavə olunub.
AZƏRTAC xəbər verir ki, vaksinasiyada istifadə olunan “Sinovac” və “Sinopharm” şirkətlərinin ikidozalı inaktiv peyvəndlərindən fərqli olaraq Çin Hərbi Tibb Akademiyası və "CanSino Biologics" şirkəti tərəfindən birgə hazırlanan peyvənd birdozalı rekombinant vaksindir. Bu peyvəndin tətbiqinə ilkin mərhələdə Şanxay şəhərində başlanılıb.