DÜNYA


Çində əhaliyə 500 milyon dozadan çox COVID-19 peyvəndi vurulub

Çində COVID-19 infeksiyasına qarşı vaksinasiya çərçivəsində əhaliyə vurulan peyvəndin dozası 500 milyonu ötüb.
AZƏRTAC xəbər verir ki, bu barədə Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb. Çin əhaliyə vurulan peyvənd dozasının sayına görə dünyada birincidir.
Çində ötən ilin dekabrında başlayan vaksinasiya prosesinin ilk mərhələsində xüsusi risk qrupundan olanlara peyvənd vurulub. Fevralda isə könüllülük prinsipi əsasında kütləvi vaksinasiyaya start verilib. Son günlər Çində ölkə daxilində ötürülmə yolu ilə az sayda yoluxmaların aşkarlanması əhalinin peyvənd prosesinə marağını artırıb.