SİYASƏT


Xarici işlər naziri Ceyhun Bayramov Vyanada ATƏT-in Baş katibi Helqa Şmid ilə görüşüb

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov mayın 25-də Avstriyaya işgüzar səfəri çərçivəsində ATƏT-in Baş katibi Helqa Şmid ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüş zamanı nazir Azərbaycanın ATƏT ilə əməkdaşlığa önəm verdiyini qeyd edib. Ceyhun Bayramov 30 il davam edən münaqişəyə 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın imzalanması ilə son qoyulduğunu diqqətə çatdırıb və Bəyanatın hər iki ölkənin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət əsasında Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması üçün geniş imkanlar yarandığını vurğulayıb.