SİYASƏT


Nazir Ceyhun Bayramov: Vətən müharibəsi dövründə diasporamız tərəfindən sərgilənən həmrəylik təqdirəlayiqdir

Mayın 26-da Avstriyaya işgüzar səfəri çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov Avstriyadakı Azərbaycan diasporunun üzvləri ilə görüşüb.
Nazir tədbir iştirakçılarını Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalı, ölkəmizin 30 ildən artıq müddət ərzində münaqişənin sülh yolu ilə həlli istiqamətində səy göstərməsi və Ermənistanın qeyri-konstruktiv mövqeyi nəticəsində bu səylərin heç bir nəticə verməməsi barədə məlumat verib. O, Ermənistanın təxribatlarına cavab olaraq Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatları nəticəsində Azərbaycanın ərazi bütövlüyünü bərpa etdiyini diqqətə çatdırıb.