SİYASƏT


Azərbaycanın xarici işlər naziri BMT-nin Narkotiklər və Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin icraçı direktoru ilə görüşüb

Mayın 26-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Vyana bölməsinin Baş direktoru, BMT-nin Narkotiklər və Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin (BMTNCİ) icraçı direktoru xanım Gada Vali ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Görüşdə Azərbaycan ilə BMTNCİ arasındakı əməkdaşlıq münasibətlərinin inkişafından məmnunluq ifadə olunub.