Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qobu və Hökməli narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb

27.05.2021 [14:40]

Xəbərin mətni

Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin ifşası istiqamətində əməliyyat tədbirlərini davam etdirirlər.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, növbəti əməliyyat zamanı Qobu və Hökməli qəsəbələrində, eləcə də Abşeron rayonunun digər ərazilərində narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Sumqayıt şəhər sakini Ceyhun Əsədov saxlanılıb.