CƏMİYYƏT


Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Mənim səsim-mənim hüquqlarım” mövzusunda tədbir keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Mənim səsim-mənim hüquqlarım” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə Uşaq Səfirlər Məclisin üzvləri iştirak ediblər. Şəhid övladları, respublikanın rayonlarından olan və il ərzində fəallığı ilə seçilən, dövlət uşaq müəssisələrində yaşayan, habelə qeyri-millətlərdən olan uşaqlar dəyirmi masaya onlayn qoşulublar.