CƏMİYYƏT


FHN havaların isinməsi ilə əlaqədar artan yanğın təhlükəsinə dair əhaliyə müraciət edib

Fövqəladə Hallar Nazirliyi (FHN) havaların isinməsi ilə əlaqədar işğaldan azad olunan ərazilərdə artan yanğın təhlükəsinə dair əhaliyə müraciət edib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a daxil olan müraciətdə bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 44 gün ərzində işğalçı düşmən qüvvələrini məğlub edərək ərazi bütövlüyümüzü bərpa etdi.
Hazırda ərazilərin yenidən qurulması və bərpası, infrastruktur və digər obyektlərin tikintisi və başqa fəaliyyətlərlə bağlı xüsusi icazə əsasında işğaldan azad edilmiş ərazilərə səfərlər təşkil edilir.