Azərbaycan Dövlət İnformasiya Agentliyi

Toy günündə şəhidlik zirvəsinə ucalan kapitan

03.06.2021 [17:15]

Xəbərin mətni

Xüsusi Təyinatlı Qüvvələrin zabiti, kəşfiyyatçı kapitan Elçin Mübariz oğlu İsmayılov 1989-cu ildə Ucar rayonunda anadan olub. Yaşasaydı, 32 yaşı tamam olacaqdı. Amma torpaqlarımızın işğal altında olması ona rahatlıq vermədi. Vətənin bütövlüyünü öz canından əziz tutdu, şəhidlik zirvəsinə yüksəldi.