Şəhid Fərid Seyfullayevin qızı dünyaya gəlib
04.06.2021 [16:29]
Xəbərin mətni
Vətən müharibəsində torpaqlarımızı işğalçılardan azad edərkən şəhidlik zirvəsinə ucalan xaçmazlı döyüşçü Fərid Seyfullayevin qızı dünyaya gəlib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iyunun 1-də Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında dünyaya göz açan körpə bu gün evə buraxılıb. Şəhidin həyat yoldaşı Ağabacı Seyfullayeva və körpəsinin vəziyyəti normaldır.