CƏMİYYƏT


Göyçay-Ucar yolunda qəza baş verib

Göyçay-Ucar avtomobil yolunun 10-cu kilometrliyində yol qəzası baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Məmmədzadə Məcid Rafiq oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobillə eyni istiqamətdə hərəkətdə olan 51 yaşlı Famil Yolçu oğlu Səfərovun idarə etdiyi “VAZ-2104” markalı avtomobil toqquşub. Qəza nəticəsində Məcid Məmmədzadə ağır xəsarətlər alıb və Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.