Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kəlbəcərdə minaya düşən jurnalistlərin cənazəsi Bakıya gətirilib

05.06.2021 [03:00]

Xəbərin mətni

Kəlbəcərdə xidməti vəzifəsini yerinə yetirərkən mina partlayışı nəticəsində həlak olan AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun cənazəsi Bakıya gətirilib.AZƏRTAC xəbər verir ki, cənazələr ailə üzvlərinə təhvil verilib.Jurnalistlərlə vida mərasimi bu gün səhər saatlarında keçiriləcək.