SİYASƏT


Hikmət Hacıyev: Ermənistan məqsədyönlü şəkildə Azərbaycanın mülki insanlarını hədəf alan siyasət yeridir

Kəlbəcərdə mina partlayışı faktı bir daha onu göstərir ki, Ermənistan məqsədyönlü şəkildə Azərbaycanın mülki insanlarını hədəf alan siyasət yeridir.
AZƏRTAC xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Kəlbəcərdə xidməti vəzifəsini yerinə yetirərkən minaya düşərək həlak olan AZTV-nin operatoru Sirac Abışovla vida zamanı jurnalistlərə açıqlamasında deyib.