İDMAN


“Aston Martin”in pilotu Lans Stroll Formula 1 Azərbaycan Qran-Prisində mübarizəni dayandırıb

“Aston Martin” komandasının pilotu Lans Stroll Formula 1 Azərbaycan Qran-Prisində mübarizəni dayandırıb.
AZƏRTAC xəbər verir ki, buna səbəb kanadalı pilotun bolidini təhlükəsizlik səddinə çırpası olub. Marşallar bolidi trekdən kənarlaşdırıblar.
Bakı şəhər halqasında hazırda 18 pilot mübarizə aparır. Daha əvvəl “Alpine” komandasının pilotu Esteban Okon texniki problemlərə görə mübarizəni dayandırıb.