SİYASƏT


Niderlandda yaşayan azərbaycanlılar aksiya keçiriblər

Niderland Krallığında fəaliyyət göstərən “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyi və “Odlar Yurdu” Niderland-Azərbaycan Assosiasiyasının birgə təşkilatçılığı ilə Haaqada səssiz “ağ köynək” adlı etiraz aksiyası keçirilib.AZƏRTAC xəbər verir ki, üzərində “Qarabağı minalardan azad et!” (Free Karabakh From Mines), “Mina ölümlərini dayandır!” (Stop Deaths From Mines) və #ölkəmiziminalardanazadet (#FreeUsFromLandMines) həştəqi yazılmış ağ köynəklərdə olan aksiya iştirakçıları Haaqa şəhərinin Mərkəzi vağzalından (Den Haag Centraal) Beynəlxalq Ədalət Məhkəməsi binasının (Sülh Sarayı) qarşısınadək yürüş ediblər.