Paytaxtın Bakıxanov qəsəbəsində döyüş tətbiqinə yararlı əl qumbarası aşkarlanıb
07.06.2021 [13:24]
Xəbərin mətni
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə paytaxtın Sabunçu rayonunun Bakıxanov qəsəbəsində sursat aşkar edilməsi barədə məlumat daxil olub.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məlumat əsasında nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri dərhal hadisə yerinə cəlb edilib. Hadisə yerinə baxış keçirilərkən ərazidə döyüş tətbiqinə yararlı “F-1” əl qumbarası aşkarlanıb.