CƏMİYYƏT


Vaksinasiya ilə bağlı təbliğat kampaniyası çərçivəsində hazırlanan növbəti videoçarx gənclərə həsr olunub

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta və Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) ilə birlikdə vaksinasiya ilə bağlı təbliğat kampaniyası həyata keçirir. Kampaniyanın əsas məqsədi insanların diqqətini vacib olan məsələyə - vaksinasiyaya yönəltməkdir.
Kampaniya üçün nəzərdə tutulan video və radioçarxlar, çöl reklamları və çap materiallarında COVID-19 pandemiyasından öncə yaşadığımız həyatın geri qayıtması üçün edə biləcəyimiz ən vacib işlərdən birinin vaksinasiya olduğu qeyd edilir.