Azərbaycan Dövlət İnformasiya Agentliyi

Rəşad Mehdiyev: Məhərrəm və Sirac əbədiyyətə doğma Qarabağ torpağında qovuşdular...

09.06.2021 [16:18]

Xəbərin mətni

Vətən müharibəsi başa çatdıqdan sonra AZƏRTAC-ın və Azərbaycan Televiziyasının jurnalistlərindən ibarət qrup azad edilmiş ərazilərə çəkiliş aparmağa yollandılar.Onlar otuz illik işğal dövründə erməni vandalları tərəfindən dağıdılmış şəhər və kəndlərimizi gəzir, yerlə-yeksan edilmiş evləri, sosial-infrastruktur obyektlərini, tarixi-mədəni abidələrimizi lentə alır, erməni vəhşiliyinin izlərini sənədləşdirirdilər.