SİYASƏT


Xarici işlər naziri Bosniya və Herseqovinanın Parlament Məclisinin Xalqlar Palatasının spikeri ilə görüşüb

İyunun 9-da xarici işlər naziri Ceyhun Bayramovun ölkəmizdə rəsmi səfərdə olan Bosniya və Herseqovinanın Parlament Məclisinin Xalqlar Palatasının spikeri Bakir İzetbeqoviç ilə görüşüb.Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə nazir Ceyhun Bayramov qonağı salamlayaraq, Azərbaycan ilə Bosniya və Herseqovina arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətlərindən məmnunluqla bəhs edib. Ölkələrimizin bir-birlərinin suverenlik və ərazi bütövlüyünə verdikləri davamlı dəstəyin beynəlxalq hüququn təməl prinsiplərinə hörmət yanaşması ilə birgə əlaqələrimizin təməlində dayandığı xüsusilə qeyd olunub.