Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şəhidlərin xatirəsinə ehtiram

16.06.2021 [21:35]

Xəbərin mətni

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 16-da Şəhidlər xiyabanını ziyarət edib.AZƏRTAC xəbər verir ki, Türkiyə Prezidenti Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsinə ucaldılmış “Əbədi məşəl” abidəsinin önünə gül dəstəsi qoydu.