CƏMİYYƏT


Beyləqanda görülən meliorativ tədbirlər torpaqları münbütləşdirir

Beyləqanda meliorativ işlər davam etdirilir. Kollektor drenlər lildən təmizlənir, hidrotexniki qurğular təmir olunur. Hazırda rayon ərazisində su keçidi yenisi ilə əvəz edilir ki, bu da 100 hektardan çox ərazidə şoranlaşmanın qarşısını alacaq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Beyləqan rayonunda əkin sahələrinin münbitliyi və torpaq qatının şoranlaşmadan qorunması üçün Beyləqan Meliorasiya İdarəsi tərəfindən plana uyğun olaraq işlər görülür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır