İQTİSADİYYAT


Qaraçuxur qəsəbəsində Zaur Şərifov küçəsinin təmiri yekunlaşıb

2021-ci ilin İnvestisiya Proqramına uyğun olaraq, paytaxtın Suraxanı rayonu üzrə təmirə ehtiyacı olan, ümumi uzunluğu 18,5 kilometr təşkil edən qəsəbədaxili küçə və yolda təmir-tikinti işləri aparılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, proqram çərçivəsində rayonun Qaraçuxur qəsəbəsində ümumi uzunluğu 4,3 kilometr olan 4 küçədə və Şərq yaşayış massivi yolunda yenidənqurma işləri görülür. Qəsəbədəki 700 metr uzunluğa malik Zaur Şərifov küçəsində aparılan təmir-tikinti işləri yüksək keyfiyyətlə icra olunub. Yenidənqurma işləri çərçivəsində küçəboyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunub, küçəyə yeni asfalt-beton örtüyü döşənib.