Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kabertat partizan hərəkatında mübarizə aparmış azərbaycanlıların xatirəsi yad edilib

21.06.2021 [10:14]

Xəbərin mətni

Fransanın Veysak kəndi yaxınlığındakı meşədə alman faşistləri tərəfindən qətlə yetirilmiş və aralarında azərbaycanlılar da olmuş Kabertat partizan hərəkatı üzvlərinin xatirəsi anılıb.
AZƏRTAC xəbər verir ki, anım tədbirində Azərbaycanın Fransadakı Səfirliyi, regionun rəhbərliyi, Veysak kəndinin, eləcə də qonşu şəhər və kəndlərin merləri, seçilmiş şəxslər, yerli sakinlər iştirak ediblər. Fransadakı səfirliyimizin siyasi işlər üzrə müşaviri Vaqif Ağayev ölkəmizi və səfirliyimizi anım tədbirində təmsil edib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI