İQTİSADİYYAT


Yardımlıda taxıl biçini sürətlə və keyfiyyətlə aparılır - dağ kombaynları zəmilərdə

Respublikamızda taxıl biçini mövsümü davam edir. Hazırda məhsul yığımı ölkənin 61 rayonunda və Naxçıvan Muxtar Respublikasında həyata keçirilir. Bu günədək ölkə üzrə taxıl zəmilərinin 45,2 faizi biçilib, 1,4 milyon ton məhsul yığılıb. Taxıl üzrə orta məhsuldarlıq hazırda 31,3 sentnerdir. Biçinin optimal müddətdə başa çatdırılması nəzərdə tutulub. Ötən həftədən etibarən isə ucqar dağ rayonu olan Yardımlıda yeni nəsil kombaynlar vasitəsilə taxıl biçininə start verilib.