SİYASƏT


Səməd Seyidov: AŞPA-nın yay sessiyasının iştirakçıları Şuşa Bəyannaməsi haqqında məlumatlandırılacaq

AŞPA-da nümayəndə heyəti kimi ölkəmizi yeni bir tərzdə təmsil edirik. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun sayəsində ərazi bütövlüyünü tamamilə bərpa etmiş, sərhədlərinin toxunulmazlığını sübut etmiş ölkənin nümayəndələri kimi sessiyada iştirak edəcəyik.
Bu fikirləri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumun yay sessiyası çərçivəsində AZƏRTAC-a müsahibəsində deyib.