İQTİSADİYYAT


Nəsimi rayonunda küçələr təmir edilir

Nəsimi rayonu üzrə ümumi uzunluğu 3 km-dən çox olan küçələr təmir edilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, 2021-ci ilin investisiya proqramına uyğun olaraq, Bakı şəhəri üzrə təmirə ehtiyacı olan küçə və yollarda Agentlik tərəfindən kompleks tədbirlər həyata keçirilir.
Nəsimi rayonu ərazisində də bu istiqamətdə genişmiqyaslı təmir-tikinti işlər davam etdirilir. İşlər əsasən uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan, hazırda yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, ümumi istifadədə olan küçə və yollarda aparılır.