İQTİSADİYYAT


Tovuzda taxıl sahələrinin orta məhsuldarlığı 38 sentnerə yaxındır

Taxıl sahələrində biçin prosesi yekunlaşmaq üzrədir. Hava şəraitinin əlverişli olması, biçin prosesinin mütəşəkkil təşkili məhsulu vaxtında və itkisiz yığmağa imkan verib. Bu il fermerlər sahələrdən bol məhsul götürüblər. Hər hektardan 50-60 sentner məhsul götürən fərdi təsərrüfatlarının sayı əvvəlki illərlə müqayisədə daha çoxdur.
AZƏRTAC xəbər verir ki, Tovuzda biçin aparılmış taxıl sahələrinin orta məhsuldarlıq 38 sentnerə yaxındır.